Nazirlik xəbərdarlıq etdi - “WhatsApp“da yeni virus yayıldı

saytların hazırlanması

Evə çatdırılma

Nazirlik xəbərdarlıq etdi - “WhatsApp“da yeni virus yayıldı

Sosial

09 Yanvar 2020 15:29 1338


Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi internet istifadəçilərini son günlərdə "WhatsApp"da aşkarlanan "Yeni il virusu" ilə bağlı diqqətli olmağa çağırıb.

"Yeni Sabah" xəbər verir ki, istifadəçilərə naməlum şəxslərdən "təbrik mesajları" adı ilə gələn bütün mesajları bloklamaq tövsiyə olunur.

Məlumatda bildirilir ki, virusun yayılma üsulu çox sadədir. Belə ki, yeni il bayramı ilə bağlı gələn mesajlarda virusa yoluxan veb saytların linki göndərilir. Hakerlər bu yolla istifadəçinin smartfon və ya kompüterindəki fərdi məlumatlara daxil olurlar. Dominos pizza

Bununla yanaşı, reklamlar, şəxsi məlumat sorğuları və bəzi xidmətlər üçün üzvlük təklifləri də daim istifadəçinin qarşısına çıxır. "Yeni il virusu" çox sadə bir hiylə olsa da, bu tora düşənlər az deyil. "WhatsApp" ən məşhur mesajlaşma tətbiqidir və bu virusların proqram vasitəsi ilə yayılması çox asandır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!