Nazirlik Xətaidəki ağaclarla bağlı açıqlama yaydı

saytların hazırlanması

Evə çatdırılma

Nazirlik Xətaidəki ağaclarla bağlı açıqlama yaydı

Sosial

17 Avqust 2019 16:09 1518


Xətai rayonu Gəncə prospekti ilə Neapol küçələrinin kəsişməsində Ukrayna dairəsinin yaxınlığında hasara alınmış ərazidə ağcların kəsilmək təhlükəsinin olması ilə bağlı ETSN-yə daxil olan müraciət Nazirliyin əməkdaşları tərəfindən araşdırılıb.

Nazirlikdən “Yeni Sabah”a verilən xəbərə görə, araşdırma zamanı hasara alınmış ərazinin bir hissəsində Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamına əsasən, Asan xidmət mərkəzinin tikintisi aparılacağı müəyyən olunub. 

Hasara alınmış sahədə ağac kəsintisi faktı qeydə alınmayıb. pizza

Ərazidəki 18 Eldar şamı, 37 sərv, 5 yulğun kolunun qeydiyyatı aparılaraq qulluq göstərilməsi, qorunub saxlanılması və bir neçə qurumuş ağacın yenisi ilə əvəzlənməsi məqsədilə Xətai rayon mənzil kommunal təsərrüfat birliyinə "məcburi göstəriş" verilib. 

Yaşıllıqların qorunması istiqamətində göstərdikləri həssas münasibətə və ETSN ilə əməkdaşlığa görə Nazirlik ictimaiyyət nümayəndələrinə təşəkkürünü bildirir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!