Nazirlik Yaşar Nurinin ailəsi ilə maraqlanmır:   “Bir dəfə zəng etməyiblər“

saytların hazırlanması

Evə çatdırılma

Nazirlik Yaşar Nurinin ailəsi ilə maraqlanmır: “Bir dəfə zəng etməyiblər“

Mədəniyyət

11 Mart 2021 13:22 1475


Mədəniyyət naziri Anar Kərimov Yaşar Nurinin həyat yoldaşı Rəhimə Nuriyevanın şikayətinə reaksiya verib.

Yenisabah.az xəbər verir ki, A.Kərimov “Report”a açıqlamasında məsələ ilə bağlı maraqlanacağını bildirib.

"Bu məsələni yoxlayarıq", - nazir deyib. Dominos pizza

Qeyd edək ki, R.Nuriyeva aktyorun dünyasını dəyişəndən sonra Mədəniyyət Nazirliyindən zəng olunmadığını bildirib:

“2012-ci ildən bu günə kimi mənim evimə zəng gəlməyib. Nə bayram günü, nə ölən günü... Məndə sual yaranır ki, 40 il həyatını mədəniyyətə qoyan insanın ailəsi ilə Mədəniyyət Nazirliyi niyə maraqlanmır. İş təkcə qərar qəbul etməkdən ibarət deyil axı. Mənəvi dəstək tamamilə başqa şeydir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!