Azərbaycanda İdman Jurnalistləri Federasiyası yaradılır.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova məlumat verib. O, sabah saat 15:00-da Milli Olimpiya Komitəsində İdman Jurnalistləri Federasiyasının təqdimat mərasiminin keçiriləcəyini bildirib.
Qeyd edək ki, bu günlərdə Gənclər və idman naziri Azad Rəhimov keçirdiyi mətbuat konfransında Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının fəaliyyətindən narazılıq etmişdi. Marqarita pizza
Telegram kanalımız