Nazirlikdən DTX-nın saxladığı deyilən Elnur Əliyevlə bağlı açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Nazirlikdən DTX-nın saxladığı deyilən Elnur Əliyevlə bağlı açıqlama

Maraqlı

03 Noyabr 2022 11:01 1092


Noyabrın 1-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Nazirliyində keçirdiyi xüsusi əməliyyat zamanı saxlanıldığı bildirilən nazirin birinci müavini Elnur Əli oğlu Əliyev işinin başındadır.

Bu barədə Modern.az-a Mədəniyyət Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Nuridə Allahyarova bildirib.

"Elnur Əliyev nazirin birinci müavinidir. Onun işə çıxmaması üçün hər hansı səbəb yoxdur", - N.Allahyarova bildirib. Dominos pizza

Qeyd edək ki, bu barədə ilk məlumatı Oxu.Az yayıb.

Xatırladaq ki, yerli mətbuatda yayılan məlumatlarda E.Əliyevin Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat zamanı istintaqa cəlb edildiyi bildirilirdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!