Nazirlikdən İlham Əliyevin irad bildirdiyi xəritə ilə bağlı açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Nazirlikdən İlham Əliyevin irad bildirdiyi xəritə ilə bağlı açıqlama

Sosial

07 Mart 2020 07:41 1884


Mədəniyyət Nazirliyi Tovuz rayonunda Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyi və Tarix-Diyarşünaslıq Muzeyinin yeni binalarının açılışı zamanı Prezident İlham Əliyevin nümayiş olunan xəritələrlə bağlı səsləndirdiyi haqlı iradlarla bağlı açıqlama verib.

Nazirlikdən “Qafqazinfo”ya verilən məlumata görə, açılış zamanı həmin xəritələrdə coğrafi adların düzgün verilməsi və tarixi dövrlərin göstərilməsinin zəruriliyi ifadə edilib:

“Bildiririk ki, Mədəniyyət Nazirliyi yalnız dövlət tərəfindən təsdiq edilmiş xəritələrdən istifadə edir. pizza mizza

Mədəniyyət Nazirliyi Prezidentin iradlarını nəzərə alaraq, verilmiş nöqsanların aradan qaldırılması üçün həmin xəritələrin hazırlanmasını həyata keçirən müvafiq orqanlara müraciət edib.

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən digər muzey və mədəniyyət müəssisələrində də araşdırmalara başlanılıb. Araşdırmaların nəticəsinə uyğun olaraq, aşkar edilmiş analoji nöqsanlar aradan qaldırılacaq”.

Nazirliyin məlumatında daha sonra bildirilir ki, Tovuz rayon Tarix-Diyarşünaslıq Muzeyi və Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyindəki xəritələr Azərbaycan Prezidentinin 20 aprel, 2011-ci il tarixli sərəncamına uyğun olaraq yaradılan Redaksiya Heyətinin qərarı ilə 2014-cü ildə hazırlanmış “Azərbaycan Respublikasının Milli Atlası”ndan (səhifə 50-51 və 395-dən) götürülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!