Nazirlikdən intiharlar haqda plan – Gələn həftə başlayır...

saytların hazırlanması

Evə çatdırılma

Nazirlikdən intiharlar haqda plan – Gələn həftə başlayır...

Sosial

13 Dekabr 2019 16:28 1230


2019-cu il noyabrın sonunda Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT-nin İnkişaf Proqramının Azərbaycanda ilk dəfə intiharların qarşısının alınması üçün Milli Fəaliyyət Planını hazırlayacağını açıqladı. 

Onun sözlərinə görə, intihar səbəbləri kimi bu problemi həll etməyin yolları da fərqlidir. O, intiharların qarşısının alınması üçün əsas tədbirlər sırasında intihar etmək üçün vasitə və alətlərin əlçatanlığının məhdudlaşdırılmasını göstərib. 

Lakin bununla bağlı sözügedən qurumdan daha ətraflı məlumat verilməyib. Belə olan təqdirdə sual yaranır ki, Milli Planın qarşısında duran əsas tapşırıqlar nələrdir? Monitorinq aparılacaqmı? Təmsilçilərinin çətin psixoloji vəziyyətə düşən vətəndaşlara kömək edəcəyi “qaynar xətt” yaradılacaqmı? Toyuqlu pizza

Mövzu ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin  mətbuat katibi Fazil Talıblıya müraciət etdik. Qurum rəsmisi “Yeni Sabah”a bildirdi ki, hazırda bununla bağlı işlər görülür. Həftənin ilk günü rəsmi açıqlama olacaq. Onun qısa açıqlamasından belə anlaşılır ki, yuxarıda sadaladığımız məsələlər hələ də həllini tapmayıb. 

Bəs görəsən, intiharların qarşısını almaq üçün nələr etmək olar? Dünya praktikasında bu necə həyata keçirilir, hansı uğurlu layihələr var? Mövzu ilə bağlı psixoloq Azad İsazadə ilə əlaqə saxladıq. O bildirib ki, bu proseslərə elmi yanaşma olmalıdır:

“Bu, intiharların sayının artmasına baxmayaraq, praktiki ilkin reaksiyadır. İndiyə kimi intihara meylli insanlara yardım pərakəndə xarakter daşıyırdı. İndi heç olmasa bu, proqram formasında olacaq. 

Qeyd etməliyik ki, bu addım tərifəlayiqdir və ilkdir. Belə bir iş çoxdan təşkil olunmalı idi. Lakin burada çoxlu suallar yaranır. Yəqin ki, bu proqramı yaradanlar insanların qarşısında ilk növbədə araşdırma dayanmalıdır: səbəbləri, yaş qrupları və s . Çünki indi hamı intiharın ardınca qaçır. Lakin biz bunun qarşısını almalıyıq. Hansısa koordinasiya mərkəzi yaradılmalı, praktiki işlər aparılmalıdır. 

Bununla bağlı ayrı-ayrı qısa müddətli layihələr təşkil olunurdu, ya da DİN-in tərkibində “qaynar xətt” periodik formada işləyir. Oraya müraciət edən və müraciət edilən şəxslərə də köməklik olunub. Amma bunların hamısı pərakəndə işlərdir. Çünki problemə qarşı elmi yanaşma yoxdur”. 

Sabrina Eldarqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!