Nazirlikdən obyekt sahiblərinə xəbərdarlıq

saytların hazırlanması

Evə çatdırılma

Nazirlikdən obyekt sahiblərinə xəbərdarlıq

Sosial

09 Avqust 2019 14:53 1457


"Hər bir insanda çimərlik mədəniyyəti formalaşmalıdır".

"Yeni Sabah" bildirir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.

O, nazirliyin məqsədini isə belə izah edib: Pepperoni pizza

“Məqsədimiz çimərlik ərazilərində fəaliyyət göstərən obyektlərin sahiblərini cərimələmək deyil, onların obyektlərində çirkab sutəmizləyici qurğular quraşdırmasına nail olmaqdır".

Onun sözlərinə görə, Xəzər dənizini çirkləndirənlərə artıq kifayət qədər vaxt verilib:

"Verilən müddət ərzində obyekt sahibləri nöqsanları aradan qaldırmalı, təmizləyici qurğu quraşdırmalıdırlar. Xəbərdarlığımıza məhəl qoymayan, məcburi göstərişlərə əməl etməyən obyektlər isə tərəfimizdən cəzalandırılır. Sevindiricidir ki, bəzi obyekt sahibləri artıq qurğular quraşdırmağa başlayıb. Obyekt sahibləri onu da bilməlidirlər ki, onlar tullantı suları təmizləyici qurğudan keçirdikdən sonar dənizə axıtmaq əvəzinə texniki su kimi də istifadə edə bilərlər”.

F.Əliyev onu da vurğulayıb ki, ümumiyyətlə həyata keçirilən layihələr vətəndaşlarımızın, əhalinin sağlamlığı və Xəzər dənizinin təmizliyinə nail olmaq üçündür.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!