Əhali arasında dəhşətli xəstəlik yayılır   - Koronavirusadan fərqlənmir, dərmanlar təsir etmir 

saytların hazırlanması

Evə çatdırılma

Əhali arasında dəhşətli xəstəlik yayılır - Koronavirusadan fərqlənmir, dərmanlar təsir etmir 

Sosial

01 Oktyabr 2025 18:40 3206


Son zamanlar Azərbaycanda əhali arasında qrip əlamətləri və ağır kliniki göstəriciləri olan xəstəlik yayılıb. Virusa yoluxanlar və onların yaxınlarının sözlərinə görə, xəstəlik ayla sağalmır. Ən pisi isə həkimlərin yazdıqları dərmanların virusun qarşısını ala bilməməsidir. İnfeksiya dərman müalicəsinə tabe olmur. 

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov "Yeni Sabah"ın sorğusuna cavab olaraq bildirib ki, havaların soyuması və payız-qış mövsümünün başlanması ilə əlaqədar hər il qrip və digər kəskin respirator virus infeksiyalarına yoluxma hallarında artımlar müşahidə olunur. 

Onun sözlərinə görə, bu adi haldır: "Bu il də eyni mənzərə ilə üzləşəcəyik”.  pizza mizza

T.Eyvazov deyib ki, hazırda ölkədə epidemioloji durum sabitdir:

“Kəskin respirator virus infeksiyalarına yoluxma hallarının sayının  keçən il eyni dövr ilə müqayisədə  artmadığını qeyd edə bilərik. 

Sentyabr ayında fəsli qripə yoluxma hallarında artım müşahidə olunmur. Əhali arasında ümumi və respirator əlamətlərlə müşahidə edilən xəstəlik kəskin respirator virus infeksiyalarıdır”.

Həkim vurğulayıb ki,  hava-damcı üsulu ilə yayılan bütün KRVİ-dan qorunma üsulu universaldır:

“Bundan başqa xəstələnmiş insanların aktiv aşkarı və kollektivdən müvəqqəti kənarlaşdırılması, otaqların tez-tez havalandırılması, qapalı məkanlarda toplaşmış insanlar arasında xəstələnmə halları olduqda maskadan istifadə olunması, əl gigiyenasına riayət olunması, sağlam həyat tərzi, düzgün qidalanma və açıq havada fiziki aktivliyi gözləməklə immuniteti yüksək səviyyədə saxlamaq, habelə dəyişkən havalarda düzgün geyim seçimi etmək yoluxma hallarının azalması üçün önəm daşıyır. Habelə risk qruplarına daxil olan insanların birinci növbədə qripə qarşı vaksinasiyası ciddi tövsiyə olunur.

Klinik seyrə görə KRVİ və COVİD-19 çox oxşar olduğu üçün bunları biri-birindın ayırmaq mümkün deyil. COVİD-19 xəstəliyinin təsdiqlənməsi şəxsin müayinəsindən keçməsi tələb olunur. Hazırda Yenikoronavirus infeksiyasına yoluxma sayında artımlar qeyd olunmur”.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!