Nazirlikdən zibillikdən tapılan uşaqla bağlı açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Nazirlikdən zibillikdən tapılan uşaqla bağlı açıqlama

Sosial

24 Dekabr 2019 10:18 913


Səhiyyə Nazirliyi Gəncə şəhərində zibilliyə atılmış yeni doğulan körpəylə bağlı növbəti məlumatı yayıb. 

Qurumdan “Yeni Sabah”a bildirilib ki, vətəndaşların küçədən taparaq Gəncə Şəhər 2 saylı Uşaq Xəstəxanasına gətirdikləri körpə 3-4 günlük oğlan uşağıdır.

Hazırkı vəziyyəti barədə xəstəxanadan bildiriblər ki, uşaqda fiziki qüsur qeydə alınmayıb, vəziyyəti qənaətbəxş qiymətləndirilir. Həkimlərin nəzarəti altındadır. Faktla əlaqədar artıq hüquq-mühafizə orqanlarına da məlumat verilib. Sezar pizza

Xatırladaq ki, körpə dünən şəhərin Gülüstan qəsəbəsi ərazisində məişət tullantıları üçün qoyulmuş qutuların yanında tapılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!