Nazirliklə YAP arasında birgə fəaliyyət planının təqdimatı olub

saytların hazırlanması

Evə çatdırılma

Nazirliklə YAP arasında birgə fəaliyyət planının təqdimatı olub

Sosial

05 İyul 2019 12:23 1057


Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Yeni Azərbaycan Partiyasının birgə fəaliyyət planının təqdimatı keçirilib. 

“Yeni Sabah” xəbər verir ki, təqdimatda YAP sədrinin müavini-icra katibi, Ekologiya və Təbii Sərvətlər naziri, partiyanın üzvləri və nazirliyin əməkdaşları iştirak edib.

Tədbirdə ətraf mühitin mühafizəsi, ekologiyanın qorunmasının vacibliyi, mövcud ekoloji problemlərin həlli istiqamətində ölkə başçısının diqqət və qayğısı ilə həyata keçirilən layihələr və perspektiv planlarla bağlı çıxışlar olub. pizza

Qeyd edək ki, birgə fəaliyyət planı ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi istiqamətində həyata keçirilən tədbirlərdə geniş ictimaiyyətin iştirakı, əhalinin maarifləndirilməsi və məlumatlılığın artırılması, insanlarda təbiətə qarşı humanizm ideyalarının aşılanması məqsədini daşıyır.

Sonda ETSN və YAP arasında birgə fəaliyyət planı ilə bağlı sənəd imzalanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!