Nazirliyə yeni şöbə müdiri təyin olundu -   Foto

saytların hazırlanması

Evə çatdırılma

Nazirliyə yeni şöbə müdiri təyin olundu - Foto

Hadisə

16 Mart 2021 12:26 896


Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) Daxili nəzarət və audit şöbəsinə Ramil Məhərrəmov müdir təyin edilib.

Bu barədə Yenisabah.az-a nazirlikdən bildirilib.

R. Məhərrəmov 1999-cu ildə Qafqaz Universitetinin İnzibati İdarəetmə fakültəsini bitirib. O, 2004-2006-cı illərdə Massaçusets Universitetində (Amherst) İqtisadi siyasət və idarəetmə üzrə magistr təhsili alıb. 2015-2016-cı illərdə “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Massaçusets Texnologiya İnstitutun Sloan İdarəetmə Məktəbində təhsilini davam etdirərək Biznes idarəetməsi üzrə magistr dərəcəsinə yiyələnib. Toyuqlu pizza

2000-2006-cı illərdə “BP Azərbaycan”, “Mercy Corp” şirkəti, Asiya İnkişaf Bankı kimi beynəlxalq təşkilatlarda məsləhətçi vəzifələrində işləyib. 2005-ci ildə Dünya Bankında təcrübə keçib.

2006-2009-cu illərdə Beynəlxalq Valyuta Fondunda baş iqtisadçı, Xəzər Beynəlxalq İnvestisiya şirkətində məsləhətçi kimi çalışıb.

2009-2013-cü illərdə İslam İnkişaf Bankının Avropa və Orta Asiya departamentində Baş Ölkə Meneceri kimi fəaliyyət göstərib.

R. Məhərrəmov 2013-2015-ci illərdə Mərkəzi Bankın Strateji departamentinin direktoru vəzifəsində çalışıb.

2016-2017-ci illərdə Kraudfandinq Platforması olan Crowdpouch və Dubay Beynəlxalq Maliyyə Mərkəzində yerləşən P2P maliyyələşdirmə platforması olan Maliyya kimi startaplarda həmtəsisçi olub.

Ramil Məhərrəmov 2017-2020-ci illərdə SOCAR AQS-də Baş Maliyyə Direktoru vəzifəsində işləyib.

Azərbaycan, türk, ingilis və rus dillərini bilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!