Nazirliyin idmançı əməkdaşı jurnalisti hədələdi - Video

saytların hazırlanması

Evə çatdırılma

Nazirliyin idmançı əməkdaşı jurnalisti hədələdi - Video

Hadisə

03 İyun 2021 20:37 1564


Xırdalan şəhəri Şıxəli Qurbanov küçəsində çoxmərtəbəli yaşayış binasının tikilməsi nəzərdə tutulub. Bu da ərazidə yaşayan sakinlərin haqlı narazılığına səbəb olub.

Yenisabah.az "Baku TV"yə istinadən xəbər verir ki, ərazidə tikinti vətəndaş Gülzar Cəlilova tərəfindən həyata keçirilir.

Sakinlərin narazılığına səbəb olan isə Abşeron Rayon İcra Hakimiyyətinin Memarlıq tikinti şöbəsinin layihə əsasında 210 kvadratmetrlik tikintiyə icazə verməsinə baxmayaraq, vətəndaşın 800 kvadratmetrlik üçmərtəbə, bir mansard tipli binanın bünövrəsini qazdırması olub. Sezar pizza

"Baku TV" əməkdaşları sözügedən ərazidə olduqları zaman özünü tikintinin sahibi kimi təqdim edən Araz Musayev adlı şəxs çəkilişə mane olmağa çalışıb.

Dünya və Avropa çempionu, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğından İcbari sığorta işinə nəzarət şöbəsinin baş mütəxəssisi Araz Musayev çəkiliş qrupuna hədə-qorxu gəlib. Hətta o, Birinci Qarabağ müharibəsi qazilərini də həmin əraziyə gətirərək jurnalistləri hədələyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!