Nazirliyin sosial şəbəkədə elan etdiyi müsabiqənin qalibləri açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Nazirliyin sosial şəbəkədə elan etdiyi müsabiqənin qalibləri açıqlandı

Sosial

01 Oktyabr 2019 12:39 960


“Göygölün 880 illiyi münasibətilə ETSN-nin sosial şəbəkə səhifəsində elan edilmiş müsabiqə başa çatıb”. 

“Yeni Sabah” xəbər verir ki, bunu jurnalistlərə “Azərbaycanın milli parklarında ekoturizm fəaliyyəti" mövzusunda keçirilən dəyirmi masada nazirliyin şöbə müdiri Səyyarə Məmmədova deyib.

O qeyd edib ki, müsabiqə iştirakçılarına beş gün ərzində hər gün bir sual ünvanlanıb. “Suallar milli parklar və "Qırmızı kitab"a düşən növlər haqqında məlumatları əhatə edib. Suallara düzgün cavab verən ilk iki nəfər qalib hesab olunub. Bu həftənin sonunda hər bir qalib 1 tanışı ilə birlikdə Göygöl Milli Parkına səfər edəcək”.  pizza sifarişi

S. Məmmədova bildirib ki, müsabiqənin keçirilməsində məqsəd insanlarda milli parklara maraq yaratmaq, onların bu sahədə məlumatlılığını artırmaq olub. “Müraciət edənlərin əksəriyyəti suallara düzgün cavab verib. Bu, sevindirici haldır. İstərdik ki, insanların təbiətə, milli parklara olan sevgisi daha da artsın və həftə sonları nə edəcəklərini düşünmədən milli parklarımıza üz tutsunlar. Çünki təbiət bütün fəsillərdə gözəldir”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!