Nazpəriyə ağır sözlər: “Niyə ölmürsən?”

saytların hazırlanması

Evə çatdırılma

Nazpəriyə ağır sözlər: “Niyə ölmürsən?”

Şou

19 Mart 2024 12:02 18484


Müğənni Roza Zərgərli Xalq artisti Nazpəri Dostəliyevanın yeni görünüşünə yazılan mənfi rəylərdən danışıb. 

Axşam.az xəbər verir ki, "Elgizlə izlə" verilişinə qonaq olan ifaçı Nazpəriyə xoşagəlməz sözlər yazıldığını deyib: 

"Stilistim Babək Nazpərini klipi üçün bəzədikdən sonra onun görüntülərini sosial şəbəkə hesabında paylaşıb. Saytlar isə həmin görüntüləri götürüb, xəbər yazıblar. Sosial şəbəkə izləyiciləri isə Nazpəriyə yazıblar ki, sən niyə Zöhrə Abdullayeva kimi ölmürsən?  Sezar pizza

Axı niyə ölsün? Belə şeylər yazanın dediyi sözlər elə öz başına gəlsin. Nazpəri xanım onsuz da əziyyətli bir yol keçib. O, doğmalarını itirib və zülmlə ayağa qalxıb. Nazpəri xanım sənət fədaisidir. O, özünü yenidən sənətə qaytarır, siz isə onu aşağılayırsınız". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Elnur
    Görəsən o sözləri yazan "adamların" öz övladı ölsə, özləri də ölərmi?
    2 years ago