Tanınmış teleaparıcı Xoşqədəm Hidayətqızı dar gündə yanında olmayan dostlarından gileylənib.
“Yeni Sabah” xəbər verir ki, aparıcı bu barədə şikayətini sosial şəbəkədə paylaşıb:
“Günaydın, mənim səmimi dostlarım, təmənnasız məni sevənlər. Biri məni haqsız yerə ləkələməyə çalışanda çəkinmədən, açıqca müdafiə edənlər, bilsəniz sizi necə sevirəm. Rəbbimə şükürlər olsun ki, həyatımda siz varsınız. Sadə, səmimi, təmənnasız sevgi ilə məni sevən siz. Sezar pizza
Son beş ildə mən nələr gördüm nələr yaşadım. Nə “kazıklar yedim”… “dostunam, qardaşınam, bacınam” deyənlər ilk xəncəri kürəyimə vurmağa çalışdı. (alınmasa da cəhd etdilər) Əlindən tutduqlarım qalxan kimi ilk mənim əlimi kəsməyə çalışdı. Söz verib sayəmdə nələrəsə nail olanlar yüksələn kimi ilk mənə verdikləri sözü unutdular. Şöhrətin, pulun insanları necə dəyişdiyinin bariz nümunəsini isə bu üç il ərzində gördüm, şahid oldum… Bu illərərzində dəyişməyən tək siz oldunuz, məni təmənnasız sevənlər.
Bu günlərdə bir qadının verilişimizə böhtan atdığı zaman (ögey ananın uşaqlara işgəncə vermə məsələsi) “səni sevirik” deyən dostlardan heç müdafiə görmədim. Sonrada qadın bu böhtanın ona aid olmadığını, jurnalistin onun adından yazdığını etiraf etmədi. Söhbət bu illər ərzində yüzlərlə insana əl uzadan verilişdən gedirdi. O verilişdə ki, tək imkansız insanlara yox, eyni zamanda yıxılan, yıxılması üçün çalışan neçə “dosta” da bu və ya digər formada əl tutmuşdu. Ancaq gördüyünüz kimi dostluq filan boş şeydir. Ancaq para və şöhrət üçün çalışın və yaşayın. Sonu nə olur olsun, önəmli olan pul və şöhrətdir. Yıxılanda məni xatırlayarsınız. Mən ancaq pul az qazanılanda yada düşürəm, nə məsələdirsə”.
Qeyd edək ki, şairə Nazilə Səfərli ilə Xoşqədəm Hidayətqızı arasında aylardır davam edən məhkəmə prosesi dünən nəhayət ki, başa çatıb. Qərara görə Nazilə həm üzr istəməlidir, həm dediklərinə görə təkzib verməlidir.
Telegram kanalımız