Nə qədər gedəcəksən, o qədər ödə - İctimai nəqliyyatda yeni ödəniş qaydası

saytların hazırlanması

Evə çatdırılma

Nə qədər gedəcəksən, o qədər ödə - İctimai nəqliyyatda yeni ödəniş qaydası

Sosial

22 Aprel 2025 11:17 16827


“Azərbaycanad nəqliyyatda gedişhaqqı birdəfəlik gedişhaqqı kimi nəzərdə tutulur. Amma dünya bundan çoxdan imtina edib”.

Bu sözləri "Yeni Sabah"a iqtisadçı Natiq Cəfərli deyib.

O bildirib ki, ictimai nəqliyyat sahəsində kombinə olunmuş bilet sisteminə keçmək lazımdır: Dördpendirli pizza

“Bu sahədə problem çox dərindir. Azərbaycanada nəqliyyatda gedişhaqqı birdəfəlik gedişhaqqı kimi nəzərdə tutulur. Amma dünya bundan çoxdan imtina edib.

Birdəfəlik gedişhaqqı az sayda adamı maraqlandırmalıdır, məsələn, turistləri. Artıq əksər ölkələrdə olduğu kimi, kombinə olunmuş bilet sisteminə keçmək lazımdır. Yəni bütün biletlər bütün nəqliyyat vasitələrində keçərli olmalıdır.

İkincisi, bu, zamana bağlı olmalıdır. Yəni ən azı 1 saatlıq, ən yuxarısı isə 1 illik bilet sisteminə keçmək lazımdır. Onda artıq biletlərin gedişhaqqı olması faktiki dəyişir.

Siz bileti 1 saatlıq alanda daha baha alırsınız, 1 günlük alanda nisbətən ucuz, 1 aylıq, yaxud 1 illik alanda isə daha ucuz. Belə bir sistem yaradılmalıdır”. 

Ekspert bir çox ölkələrdə bu qaydanın çoxdan tətbiq olunduğunu deyib:

“Artıq bu, vətəndaşın özü və nəqliyyat şirkətləri üçün maraqlı olacaq. 1 milyon insan öncədən bilet alsa, şirkətin büdcəsinə milyonlarla vəsait öncədən daxil olacaq. Onlar da işlərini planlaşdıra biləcək, yeni avtobuslar və ehtiyat hissələri ala biləcəklər.

Birdəfəlik gedişhaqqı məsələsi tarixə qovuşmalıdır və differensial qiymət siyasəti olmalıdır. Tələbələr üçün ayrı, təqaüdçülər üçün ayrı və zamana bağlı olan. Yəni bir az qəliz mexanizmlər qurulmalıdır ki, dünyanın bir çox ölkələri artıq çoxdan bundan istifadə edir”.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • NAFİ
    2050 də reallaşssa yaxşıdır.
    1 year ago
  • Famil Nesirov
    Həqiqətən bu sistem çox əladır. Bütün Avropa bu sistemlə işləyir. Bizdə də olsa super olar. Amma şişirdilmiş qiymətlə yox, endirimli qiymətlə
    1 year ago