“Nə tərbiyəniz var, nə də mədəniyyətiniz...”   – Gözünü yumub, ağzını açdı

saytların hazırlanması

Evə çatdırılma

“Nə tərbiyəniz var, nə də mədəniyyətiniz...” – Gözünü yumub, ağzını açdı

Şou

10 Aprel 2020 12:36 1109


“Həmişə xalqın yanında olmuşam, onların xeyrinə danışmışam, statuslar yazmışam. Amma bundan sonra susacam".

 Yenisabah.az xəbər verir ki, bunu müğənni Nura Suri deyib. O, insanların biganəliyindən şikayətlənib: "Şəxsən mən və ailə üzvlərim martın 18-dən evdən bayıra bir addım belə atmamışıq. İnsanları qıcıqlandıran heç bir video paylaşmamışam. Yemək videoları paylaşanları da qınayıram, çünki evində çörək pulu olmayan insanlar var. Hansılar ki, restoran və şadlıq evlərində, salonlarda çalışıb günlük pul qazanırdılar, qazancsız qalıblar. İllərdir baxdığım ailələr var. Hansılar ki, mütəmadi olaraq hər ay yardım olunur. Bu haqda danışmaq istəmirəm, sevmirəm. Mənim və valideyinlərimin etdiyi yaxşılıqlar bir çoxuna məlumdur və bunu kiməsə , nəsə sübut etmək üçün deyil, mərhəmət hissindən edirik. Boşanmış üçuşaqlı tək qadınam. Özüm qazanıb uşaqlarımı böyüdürəm (böyütmüşəm). Lakin cəmiyyətimizdə əfsuslar olsun ki, qanmaz insanlar az deyil. Heç kəsin sizə borcu yoxdur".

Müğınni onu təhqir edən sosial şəbəkə iştirakçılarına cavab verməyi də unutmayıb: “ Əgər insanlar sizə yaxşılıq edirsə, dəyərin bilin. Mənim dostlarım bu son günlərdə minlərlə ailəyə yardım ediblər. Biri deyir, bu nə paydır ? O biri deyir, özlərini reklam edirlər və s. 190 azn ala bilmirsiniz deyə, hər gün statuslar yazırsınız. Mən də sizə təklif etdim ki, belədirsə, tüpürün o pula. Onsuz da o pulla yaranız sağalmaz. İndi də başlamısınız şərhlərdə məni təhqir etməyə. Sizin kimilərə yaxşılıq etmək düzgün deyil. Nə tərbiyəniz var, nə mədəniyyətiniz, nə dərk edə biləcək ağlınız. Siz elə sabun ötürmə videolarına baxın və koronavirus haqda mahnılara qulaq asın. Mənim dediklərimi anlayacaq halda deyilsiniz".  Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!