“Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidməti məlumat yayıb ki, bağçaları yoxlayıb xeyli nöqsanlar tapıblarmış. İllərdir ki bağçalara elektron növbə sistemini yaxın buraxmayan qurum bağçalarda sanitar problemlər müəyyən edib”.
“Yeni Sabah” xəbər verir ki, bu barədə tanınmış ekspert, Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz məlumat verib. BŞİH-ın uşaq bağçaları ilə bağlı yaydığı məlumatı belə şərh edib:
“Bir rəsmi toplantıda Təhsil Nazirliyi bir neçə ildir ki. uğurla tətbiq olunan məktəbəqədər hazırlıq və 1-ci siniflərə elektron qəbul sistemini bağçalarda e-növbəni qurmaq üçün BŞİH-ə verə biləcəklərini qeyd etdi. Hətta sistemi qurmaq üçün də kömək edə biləcəklərini bildirdilər. Hansı ki, həqiqətən də cüzi bir sistem dəyişikliyi etməklə bunu bağçalarda e-növbə üçün asanca tətbiq etmək olardı. pizza sifarişi
İndi baxıram ki, BŞİH bir xeyli vəsait ayırıb yeni növbə sistemi hazırlayır və hansısa bağçada hələ pilot qaydada tətbiq etməyə hazırlaşır.
Düşünürəm ki, bu tip yanaşmalar doğru deyil. Bunlar eGov sahəsində kordinasiya işlərinin hələ də qaydasında olmadığını göstərir. Bu tip addımlar gələcəkdə inteqrasiya proseslərini daha da çətinləşdirməyə xidmət edir.
Nə üçün eyni mahiyyətdə dövlət resurslarının hazırlanmasına təkrar dövlət vəsaitləri xərclənməlidir? Ümid edirəm eGov sahəsində kordinasiyaya cavabdeh qurum olan VXSİ Dövlət Agentliyi nəzərə alacaq”.
Telegram kanalımız