Necati Şaşmazın bu görüntüləri hər kəsi təəccübləndirdi - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Necati Şaşmazın bu görüntüləri hər kəsi təəccübləndirdi - VİDEO

Hadisə

07 İyun 2021 08:24 2185


“Kurtlar vadisi” serialının məşhur “Polad Alemdar” obrazı Necati Şaşmazın yeni görüntüləri yayılıb.

Bir müddət əvvəl arvadı Nagehan Kaşıkçı ilə həyat yollarını ayıran aktyorun təriqətlərdən birinin üzvü olduğunu göstərən videosu yayılıb.

Həmin görüntülər aktyorun həyat yoldaşı Nagehanın məhkəməyə təqdim etdiyi dəlillər arasında yer alıb, daha sonra isə mətbuatda yayılıb. Sezar pizza

Görüntülərdə Necati atası və digər təriqətçilərlə birgə dairəvi formada dayanaraq zikr və dua edirlər.

Həyat yoldaşının iddiasına görə, Necati özünü imam kimi görür. Hətta o, 8 yaşındakı övladının bu təriqətin gələcək lideri hesab edir.

Yaşlı insanlar onun azyaşlı oğluna xüsusi adla müraciət edirlər.

Qeyd edək ki , Necati Şaşmazın atası Abdülkadir Şaşmaz da “Kadiri” təriqətinin şeyxidir. / BAKU.WS


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!