Nəcəfov uduzdu, Məmmədəliyeva ABŞ cüdoçusuna qarşı - Yenilənir 

saytların hazırlanması

Evə çatdırılma

Nəcəfov uduzdu, Məmmədəliyeva ABŞ cüdoçusuna qarşı - Yenilənir 

İdman

28 İyul 2024 12:37 737


Paris-2024 Yay Olimpiya Oyunlarının 2-ci günündə Azərbaycan milli komandasının daha iki cüdoçusu mübarizəyə başlayıb. 

Yenisabah.az xəbər verir ki, ilk olaraq tatamiyə 66 kq. çəki dərəcəsində yarışan Yaşar Nəcəfov çıxıb. 1/16 finalda onun rəqibi Serbiya cüdoçusu, Avropa çempionatının bürünc mükafatçısı Strahinya Bunçiç olub. Bunçiç vaza-ari xalı ilə qalib gəlib (1:0). 

Beləliklə, Y.Nəcəfov elə ilk görüşdən sonra Paris-2024-də mübarizəni başa vurub.   Toyuqlu pizza

***

Az sonra mübarizəyə 1/16 finaldan Azərbaycanın daha bir idmançısı - qadın cüdoçu, 24 yaşlı Gültac Məmmədəliyeva (bir neçə Qran-pri turnirinin bürünc mükafatçısı) tatamiyə çıxacaq.

52 kq. çəki dərəcəsində yarışan Məmmədəliyevanın rəqibi ABŞ-ı təmsil edən Anjelika Delqado olacaq. 33 yaşlı Delqado Panamerikan oyunlarında bir neçə dəfə gümüş və bürünc medal qazanıb. 

Xatırladaq ki, Paris-2024-ün ilk günündə mübarizəyə qoşulmuş Azərbaycan cüdoçuları Leyla Əliyeva (48 kq) və Baləbəy Ağayev (60kq) ilk görüşlərində uduzaraq mübarizəni medalsız başa vurublar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!