Neft bahalaşa bilər – “Husilər” Ər-Riyadı raket zərbələrinə tutdu

saytların hazırlanması

Evə çatdırılma

Neft bahalaşa bilər – “Husilər” Ər-Riyadı raket zərbələrinə tutdu

Dünya

01 Aprel 2020 16:58 814


Dünya bazarında neftin qiymətində artım ola bilər. Yenisabah.az xəbər verir ki, buna səbəb Yəməndə hakimiyyəti ələ keçirmiş “Ənsar Allah”(“Husilər”) qüvvələrinin ötən Səudiyyə Ərəbistanınən paytaxtı Ər-Riyad şəhərinə iki ballistik raket atmasıdır. 

Ər-Riyad ABŞ istehsalı olan “Patriot” Hava Hücumundan Müdafiə sistemləri tərəfindən vurulub salındığını bəyan edib.

“Husilər” isə Ər-Riyada “Zülfüqar” raketləri və “Samad-3” adlı pilotsuz aparatlarla hücum edildiyini açıqlayıblar. Həmçinin Krallığın digər şəhərlərinə də raket və dron hücumlarının olduğunu bəyan ediblər. Toyuqlu pizza

“Husilər” ötən il sentyabrın 14-də Səudiyyə Ərəbistanının “Aramco” şirkətinin terminallarına raket və dronlarla hücum etmişdi. Bu üzdən krallıq neft hasiatını yarıya qədər azaltmağa məcbur olmuşdu. Bu isə neftin qiymətində artımı şərtləndirmişdi. 

Bu dəfə də oxşar halın təkrarlanacağı gözlənilir. Ekspertlərin fikrincə,  “Husilər”in hücumları davam etdirərək növbəti dəfə “Aramco”nun terminallarını hədəfə alacağı istisna deyil. Bu isə neft bazarına ciddi təsir göstərə bilər. 

Qeyd edək ki,  martın əvvəlində Rusiya və Səudiyyə Ərəbistanı arasında anlaşmazlıqdan sonra Ər-Riyad neft hasilatını kəskin şəkildə artırmaqla dünya bazarında neftin rekord həddə ucuzlaşmasına səbəb olub. Səudiyyə Ərəbistanının hasilatı azaltması vəziyyəti yenidən dəyişə bilər.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!