Neft Fonduna indiyədək 193 mlrd. dollar vəsait daxil olub - Hesabat

saytların hazırlanması

Evə çatdırılma

Neft Fonduna indiyədək 193 mlrd. dollar vəsait daxil olub - Hesabat

İqtisadiyyat

08 Dekabr 2023 17:30 2789


Azərbaycan Respublikası Dövlət Neft Fondunun fəaliyyəti müddətində gəlirlərinin həcmi 192,7 mld. ABŞ dolları təşkil edib.

Yenisabah.az “APA-Economics”ə istinadla xəbər verir ki, bu barədə Hesablama Palatasının Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2024-cü ilin büdcəsinə verdiyi rəyə istinadən xəbər verir.

Sənədə əsasən, hesabat dövrü Fondun xərcləri 137,2 mld. ABŞ dolları səviyyəsində olub. Dominos pizza

Rəydə qeyd olunur ki, Fondun dövlət büdcəsinə transfertin həcmi isə 120,3 mld. ABŞ dolları və ya ümumi xərclərin 87,7%-ni təşkil edib.

Xatırladaq ki, ARDNF 29 dekabr 1999-cu il tarixində tarixli təsis edilib. Fond neft və qazdan əldə edilən gəlirlərin toplanmasını, səmərəli idarə edilməsini və gələcək nəsillər üçün saxlanmasını təmin edən xüsusi qurumdur. ARDNF büdcədənkənar, ayrıca dövlət təsisatıdır. Şəffaflıq ARDNF-nin fəaliyyətinin əsas prinsiplərindən biridir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!