Neft qiymətləri qlobal iqtisadiyyatın yavaşlaması və enerjiyə tələbatın azalması qorxusu fonunda düşür.
Yenisabah.az CBS-ə istinadla xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) idarəedici direktoru Kristalina Georgiyeva danışıb.
O bildirib ki, bu il qlobal iqtisadiyyat üçün ötən illə müqayisədə daha çətin olacaq: "Biz qlobal iqtisadiyyatın üçdə birinin tənəzzüldə olacağını gözləyirik".
Londonun "ICE Futures" birjasında Brent markalı neftin mart fyuçersləri bir barel üçün 85,51 dollar təşkil edib ki, bu da əvvəlki sessiyanın bağlanışında olan qiymətdən 0,4 dollar (0,47%) aşağıdır.
Nyu-Yorkun "NYMEX" əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI markalı neftin fevral fyuçerslərinin qiyməti bu dəfə 0,35 dollar (0,44%) azalaraq 79,91 dollar/barel təşkil edib. Toyuqlu pizza
Telegram kanalımız