Neft təsislərinə PUA-larla hücum edildi

saytların hazırlanması

Evə çatdırılma

Neft təsislərinə PUA-larla hücum edildi

Dünya

08 Mart 2021 14:43 868


Səudiyyə Ərəbistanının Energetika Nazirliyi martın 7-də “Aramco” şirkətinin Ras Tanura limanındakı və Dharhan ərazisindəki neft təsislərinə dənizdən PUA-larla hücum edildiyi barədə xəbəri təsdiqləyib.

Yenisabah.az xəbər verir ki, nazirlik Yəməndəki Husi qiyamçılarının hücumları nəticəsində insan tələfatı və neft anbarlarında zərərin olmadığını bəyan edib. Krallığın Müdafiə Nazirliyi bazar günü 12 ədəd PUA və 2 ballistik raketin zərərsizləşdirildiyi barədə məlumat yayıb.

Səudiyyə Ərəbistanı bu hücumları qlobal iqtisadiyyata və neft bazarına qarşı təxribat adlandırıb. İslam Əməkdaşlıq Təşkilatı və Körfəz ölkələri neft təsislərinə növbəti təxribatı qınayan bəyanatlar veriblər. (Virtualaz.org) Marqarita pizza

Xatırladaq ki, 2019-cu ilin sentyabrında “Aramco” şirkətinin Əbqaiq neft təsislərinə və Hicrət Xuraiq yataqlarına raket hücumları nəticəsində 5,7 milyon barrel xam neftin, yaxud Səudiyyə Ərəbistanının gündəlik hasilatının 50 faizi dayandırılmışdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!