Neftçala rayonunda ev yanıb.
Yenisabah.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, rayonunun Xol Qarabucaq kəndində ümumi sahəsi 173 kvadratmetr olan birmərtəbəli üçotaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. pizza sifarişi
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Telegram kanalımız