Neftçalada narkotik yetişdirən şəxs saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Neftçalada narkotik yetişdirən şəxs saxlanıldı

Kriminal

11 Avqust 2022 09:32 1150


Neftçalada, Kür çayının rayonun Yenikənd kəndi ərazisindən keçən hissəsinin sahilində aqrotexniki qaydada qulluq göstərməklə narkotik tərkibli çətənə bitkiləri yetişdirən şəxs saxlanılıb.

Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, bu, əvvəllər məhkum olunmuş Akif Qəniyevdir.

Həmin əraziyə keçirilən baxış zamanı yaş çəkisi 50 kiloqram, hündürlüyü isə 1.3-3 metr olan 65 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. Saxlanılan şəxs izahatında narkotiklərin kultivasiyası ilə məşğul olduğunu etiraf edib. pizza

Aşkar olunan faktla bağlı Neftçala RPŞ-də cinayət işi başlanılıb, istintaq və əməliyyat tədbirləri davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!