Neftçalanın icra başçısı özünə yeni müavin təyin etdi

saytların hazırlanması

Evə çatdırılma

Neftçalanın icra başçısı özünə yeni müavin təyin etdi

Rəsmi

08 May 2021 19:43 1693


Neftçala Rayon İcra Hakimiyyətində (RİH) yeni təyinat olub.

Yenisabah.az xəbər verir ki, İcra Hakimiyyəti başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinə yeni müdir təyin edilib.

Bu vəzifəyə Burcalı Əlican oğlu Ağayev təyin olunub. Marqarita pizza

Qeyd edək ki, Burcalı Ağayev 1979-cu ildə Neftçala şəhərində anadan olub. O, bundan əvvəl İcra Hakimiyyəti başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsində çalışıb.

2005-2012-ci illərdə rayonun Kürkənd kənd inzibati ərazi nümayəndəliyində müxtəlif vəzifələrdə çalışıb./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!