"Neftçi" Yusuf Lavalın transferini açıqlayıb.
Yenisabah.az xəbər verir ki, "Lokeren"lə müqavilə müddəti başa çatan 22 yaşlı sağ cinah yarımmüdafiəçi "ağ-qaralar"a azad agent kimi keçib.
Nigeriyalı ölkəsində "36 Lion"un yetirməsidir və 2017-ci ildə Belçika klubuna keçib. Laval bakılılarla 2+1 illik sazişə qol çəkib. Sportinfo yazır ki, o, yeni komandasında 24 nömrəli formanı geyinəcək. pizza hut
"Neftçi" buna qədər yalnız "Keşlə"dən Cabir Əmirlinin transferini rəsmiləşdirib. Fəhmin Muradbəyli isə "Səbail"dən icarədən qayıdıb.
Telegram kanalımız