“Neftçi” 2 futbolçuya təklif göndərdi, cavab gözləyir

saytların hazırlanması

Evə çatdırılma

“Neftçi” 2 futbolçuya təklif göndərdi, cavab gözləyir

İdman

13 Yanvar 2024 10:06 3499


"Neftçi"nin baş icraçı direktoru Fərrux Mahmudov klubun televiziyasına açıqlama verib. 

Yenisabah.az xəbər verir ki, o, komandanın hazırkı durumu, təlim-məşq toplanışı, transfer işləri və s. barədə danışıb: 

"Gözümə ilk dəyən komandadakı pozitiv ab-hava idi. Bunu çoxdandır ki, görmürdüm. Komanda birlik olmuşdu. Bu ab-hava çox xoş idi. Əmin oldum ki, fasilə zamanı futbolçular öz ailələri ilə kifayət qədər vaxt keçiriblər. Ona görə də komandaya yaxşı əhval-ruhiyyə ilə qayıdıblar. Çətin bir il idi. Bu çətinliklərə baxmayaraq, 3-cü pillədə qərarlaşdıq. Mövsümün qalan hissəsində mübarizəyə hazır olmalıyıq. Hədəfimiz avrokuboklarda iştirak etməkdir. Gərgin mübarizəyə hazır olmalıyıq. İnanıram ki, yaxşı olacaq".  pizza sifarişi

O, klubun transfer işləri haqqında da danışıb. F.Mahmudov artıq iki hücumçuya təklif göndərdiklərini deyib: "Yeni ildə yeni baş məşqçidən əlavə olaraq, buraya artıq yeni məşqçilər heyəti də gəlib. Yeni qapıçılar üzrə məşqçimiz də buradadır, Emil Babayev bizə qoşuldu. İdman Departamentimiz əllidən çox oyunçuya baxış keçirib, beş futbolçuya fokuslanıb. Artıq iki futbolçuya təklif göndərilib, cavab gözləyirik. Hər iki oyunçu hücumçudur. Təəssüf ki, hal-hazırda onların adlarını deyə bilmərəm". 

F.Mahmudov sonda komandadan gözləntilərini də bölüşüb: "Həm bir azarkeş kimi, həm də klubun rəhbəri kimi komandadan ancaq qələbə gözləyirəm. Qələbədən başqa, əzmkar bir oyun istəyirəm. Meydançaya ruhlarını qoysunlar". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!