“Neftçi” 32 ildə 2-ci dəfə bu uğursuzluğu yaşadı 

saytların hazırlanması

Evə çatdırılma

“Neftçi” 32 ildə 2-ci dəfə bu uğursuzluğu yaşadı 

İdman

02 Sentyabr 2024 11:26 525


“Neftçi” Misli Premyer Liqasının ilk 5 turunda qələbə qazanmayıb. 

Yenisabah.az xəbər verir ki, Bakı klubu 4 oyunda heç-heçə edib və 1 matçda məğlub olub. 

Roman Qriqorçukun komandası “Turan Tovuz” və “Şamaxı” ilə qolsuz, “Səbail” və “Araz-Naxçıvan”la 1:1 hesablı heç-heçə edib. “Neftçi” “Sabah”dan iki cavabsız qol buraxıb.  pizza

1992-ci ildən keçirilən ölkə çempionatlarının daimi iştirakçısı olan “ağ-qaralar” 32 ildə ikinci dəfə 5 start oyununu qələbəsiz başa vurub. İlk belə hadisə 2017/18 mövsümündə qeydə alınıb. Yeddi il əvvəl “Neftçi” ilk 5 turda cəmi 1 xal qazanıb: 1 heç-heçə və 4 məğlubiyyət. Qeyd edək ki, 2017/18 mövsümündəki qələbəsizlik seriyası 6 oyun davam edib və yalnız 7-ci matçda qırılıb. 

Qeyd edək ki, "Neftçi" hazırda 4 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!