Bu gün Azərbaycan Premyer Liqasında 15-ci tura start verilib.
Yenisabah.az xəbər verir ki, turun mərkəzi matçında "Qarabağ" doğma meydanda "Neftçi"ni qəbul edib. 4 qırmızı vərəqə və 3 qol vurulan matçda qonaqlar 2:1 qələbə qazanıblar. "Neftçi" görüşü 8, "Qarabağ" isə 10 nəfərlə bitirib.
"Neftçi"yə qələbə qazandıran qolları Namiq Ələsgərov vurub. "Qarabağ"ın isə yeganə qolunun müəllifi Mahir Emreli olub. Dominos pizza
13 fevral (şənbə)
18:30. “Qarabağ” – “Neftçi” - 1:2
Qollar: Mahir Emreli, 58, Namiq Ələsgərov, 28, 75-pen.
Qırmızı vərəqələr: Ömər Buludov, 22 ("Neftçi"), Kevin Medina, 72 ("Qarabağ"), Mamadu Kane, 74-iki sarı vərəqə ("Neftçi"), Voyislav Stankoviç, 90+3-iki sarı vərəqə ("Neftçi")
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əliyar Ağayev
Tofiq Bəhramov adına Respublika Stadionu.
Telegram kanalımız