"Neftçi" İsrailin "Aşdod" klubundan daha bir futbolçunu heyətinə qatmağa hazırlaşır.
"Report" yerli mətbuata istinadən xəbər verir ki, "ağ-qaralar" 29 yaşlı yarımmüdafiəçi Kenni Sayefi transfer edir.
İddiaya görə, ABŞ və İsrail vətəndaşlığı olan təcrübəli oyunçu Bakı klubu ilə müqavilə imzalamaq üçün Azərbaycana gələcək. Dördpendirli pizza
Qeyd edək ki, Kenni Sayef daha əvvəl Belçikada "Gent" və "Anderlext"in, həmçinin, ABŞ-da "Tsintsinnati" və Polşada "Lexiya" klubunun formasını geyinib. O, İsrail və ABŞ yığmalarının da şərəfini qoruyub.
"Neftçi" ötən gün "Aşdod"un digər yarımmüdafiəçisi Ataa Caberlə 2 illik müqavilə imzalayıb.
Telegram kanalımız