“Neftçi” argentinalı üçün 50 min dollar təzminat ödəyib

saytların hazırlanması

Evə çatdırılma

“Neftçi” argentinalı üçün 50 min dollar təzminat ödəyib

İdman

08 Sentyabr 2023 12:33 527


“Neftçi”nin argentinalı yeni transferi Lukas Melanonun paytaxt klubuna keçidinin detalları məlum olub. 

Yenisabah.az Argentina mətbuatına istinadən xəbər verir ki, "ağ-qaralar" 30 yaşlı hücumçu üçün “Atletiko Sarmyento”ya (Argentina) 50 min dollar (təqribən 85 min manat) ödəyib. 

Qeyd edək ki, "Neftçi" Lukas Melanonun yaxın günlərdə Bakıya gələrək müqavilə imzalayacağını açıqlayıb.  pizza mizza

Melano Argentinanın “Nyuells Old Boyz”, “Sentral Kordoba”, “San-Lorenso de Almaqro”, “Atletiko Tukuman”, “Estudiantes” “Lanus”, “Belqrano”, həmçinin Çilinin “Universidad Katolika” və ABŞ-nin “Portlend Timbers” klublarında çıxış edib. O, 2013-cü ildə “Lanus”la Sudamerikana kubokunun, 2015-ci ildə isə “Portlend Timbers”lə MLS kubokunun qalibi olub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!