Bu gün Azərbaycan Premyer Liqasında 24-cü turun oyunları keçirib.
Yenisabah.az xəbər verir ki, turun bütün görüşləri eyni günə təyin edilib.
"Qarabağ" səfərdə "Qəbələ" ilə qarşılaşıb və 2:0 hesablı qələbə qazanıb. Ağdam klubu bu gün, sona 4 tur qalmış 9-cu çempionluğunu rəsmiləşdirə bilərdi. Bunun üçün "Qarabağ"ın ən yaxın izləyicisi "Neftçi" "Səbail"lə səfər matçında xal itirməli idi. Ancaq "ağ-qaralar" görüşdə azlıqda qalmasına baxmayaraq, 1:0 hesablı qələbə qazanıb. Dördpendirli pizza
Bu qələbə sayəsində Samir Abasovun komandası xallarını 47-yə çatdırıb. Paytaxt təmsilçisinin yeni mövsümdə ən azı Konfrans Liqasında mübarizə aparacağı dəqiqləşib.
Digər oyunlarda "Sabah" evdə "Şamaxı"nı 5:1 hesabı ilə darmadağın edib. "Zirə" isə səfərdə "Sumqayıt"dan üstün olub - 1:0.
24 aprel (bazar)
20:00.“Sumqayıt” – “Zirə” - 0:1
Qol: David Volkov, 90+1 (0:1)
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli
“Kapital Bank Arena”
20:00.“Səbail” – “Neftçi” - 0:1
Qol: Tiaqo Bezerra, 71
Qırmızı vərəqə: Ömər Buludov, 47- 2-ci sarı vərəqə ("Neftçi")
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüsal Məmmədov, Rauf Allahverdiyev
“ASCO Arena"
18:30.“Sabah” – “Şamaxı” - 5:1
Qol: Coy-Lens Migels, 11, Zurab Oçiqava, 25, Coy-Lens Migels, 29, Xulio Sezar Rodrigez, 84, Aleksey İsayev, 89 - Felipe Santos, 50
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Eyyub İbrahimov, Əliyar Ağayev
“Bank Respublika Arena”
17:30.“Qəbələ” – “Qarabağ” - 0:2
Qollar: İbrahima Vadji, 6, 14
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Rəhman İmami, Rəşad Əhmədov
Qəbələ şəhər stadionu
Telegram kanalımız