“Neftçi” avrokuboklara vəsiqəni təmin etdi

saytların hazırlanması

Evə çatdırılma

“Neftçi” avrokuboklara vəsiqəni təmin etdi

İdman

08 Aprel 2023 23:20 961


"Neftçi" 2023/2024 mövsümü üçün avrokuboklara vəsiqəni təmin edib.

Yenisabah.az xəbər verir ki, "ağ-qaralar" buna Azərbaycan Premyer Liqasının XXIX turunda Sumqayıtda eyniadlı komandanı 4:0 hesabı ilə darmadağın etməklə nail olub.

Xallarını 60-a çatdıran paytaxt təmsilçisinin sona 7 tur qalmış mükafatçılar arasında olacağı dəqiqləşib. Toyuqlu pizza

"Neftçi" 4-cü pillədə yer alan ən yaxın izləyicisi "Qəbələ"ni 21 xal qabaqlayır. "Qırmızı-qaralar" mövsümün sonunda ən yaxşı halda Bakı klubu ilə xallarını bərabərləşdirə bilər. Bununla belə, əyalət təmsilçisi şəxsi oyunlardakı nəticələrə görə rəqibindən geri qalacaq - 2 məğlubiyyət, 1 heç-heçə.

Qeyd edək ki, daha əvvəl "Qarabağ" və "Sabah" avrokuboklara vəsiqəni təmin edib


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!