Azərbaycan Premyer Liqasının ilk turunda hazırda davam edən "Neftçi" - "Sabah" oyununda (1:1) "Neftçi" azarkeşləri istefa şüarları səsləndirib.
"Yeni Sabah" xəbər verir ki, “Neftçimaniya” fan klubunun dəstəyi ilə azarkeşləri klub prezidenti Kamran Quliyev, idman direktoru Ceyhun Sultanov və baş məşqçi Roberto Bordini istefa verməyə çağırıblar.
İlkin məlumatlara görə, istefa şüarları səsləndirən azarkeşlər klub rəhbərinin tələbi ilə polislər tərəfindən stadiondan çıxardılıb.
Qeyd edək ki, "Neftçi"nin Avrokuboklarla vidalaşması "Neftçi" azarkeşlərini daha da qəzəbləndirib. Onlar məğlubiyyəti yuxarıda adlarını qeyd etdiyimiz şəxslərdə görürlər.
Telegram kanalımız