Xəbər verdiyimiz kimi, “Neftçi” – “Sabah” oyununda azarkeşlər “Neftçi” rəhbərliyini istefa səslədiyinə görə, ikinci hissədə rəhbərliyin tapşırığı ilə polislər tərəfindən stadiona buraxılmayıblar.
“Forza Neftçi” və “NeftçiMania” azarkeş qrupu rəhbərliyin bu davranışlarından dolayı, bir müddətlik tribunalardan çəkilmək qərarı alıb. Bu barədə hər iki azarkeş qrupunun rəsmi səhifəsi “Facebook” ünvanlarında yazı yerləşdirib.
Azarkeşlərin bu addımı atmasının səbəbi bəllidir. Onlar rəhbərlikdən istefa tələb edirlər. Həm rəhbərlik, həm də məşqçilər korpusundan narazı olan azarkeşlərin tək ümid yeri tribunada “istefa” deyə səslənmək olub ki, bunun da qarşısı alınıb.
İndi isə, daha bir məqama nəzər yetirək. Oyundan sonra keçirilən mətbuat konfransında Roberto Bordin jurnalistin “Azarkeşlərin istefa səsləndirməsinə münasibətiniz necədir?” sualına cavab olaraq bunları qeyd edib:
“Məncə, onlar əsl “Neftçi” azarkeşləri deyildi. Hiss olunurdu ki, öyrədilmiş hərəkət idi”.
Futbolçu Kril Petrovun eyni tipli suala cavabı: "Mən belə adamları azarkeş hesab eləmirəm".
Məncə, bu cavablar daha çox öyrədilmiş fikirlərdir, nəinki azarkeşlər. Belə aydın olur ki, “Neftçi” rəhbərliyinə azarkeşsiz oynamaq daha çox sərf edir, amma azarkeş fikirini dinləmək yox. Hətta tapşırıq verib polsilərin işə müdaxilə etməsinə şərait yaratmaqdan da çəkinmirlər. Bu halda azarkeşlərin də tribunalardan kənarlaşması haqlı qərardır. Futbolu gözəllişdirən azarkeşlərdir və əgər, klub rəhbərliyi azarkeş fikirinə hörmət etmirsə, o zaman azarkeşin də edə biləcəyi şey budur. Kənarlaşmaq ə yerini boş tribunalara vermək. Görək, “Neftçi” bu dəfə hansı yolla azarkeş dəstəyini yenidən geri qayataracaq.
Yenisabah.az
Telegram kanalımız