“Neftçi” Baqali Dabo ilə bağlı sanksiya verdi

saytların hazırlanması

Evə çatdırılma

“Neftçi” Baqali Dabo ilə bağlı sanksiya verdi

İdman

17 İyun 2020 16:23 784


"Neftçi" klubunun rəhbərliyi futbolçu Baqali Dabonun sosial şəbəkədəki davranışını ciddi şəkildə nəzarətə götürüb. 

Yenisabah.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "Neftçi” ailəsinə qarşı bu cür hörmətsizlik qəbuledilməz hesab edilib.

Ötən gün ərzində məsələ ilə bağlı intizam dinləməsi keçirib və futbolçuya davranışına görə öz mövqeyini bildirmək imkanı yaradıb.  Marqarita pizza

Aparılan müvafiq müzakirələrdən sonra heç bir əsaslandırma olmadığına görə artıq futbolçuya qarşı maliyyə sanksiyasını tətbiq etmək haqqında qərar qəbul olunub. Həmçinin məşqçilər korpusunun rəyi əsasında, futbolçu təxirə salınan futbol mövsümünün qalan hissəsi üçün komandanın planlarına daxil olmadığına görə qüvvədə olan müqavilənin başa çatdığı günə – 30 iyun 2020-ci il tarixinə qədər fərdi məşqlərlə kifayətlənəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!