“Neftçi” baş məşqçini yola salır? - Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

“Neftçi” baş məşqçini yola salır? - Açıqlama

İdman

26 Oktyabr 2023 15:21 659


"Neftçi"nin baş icraçı direktoru Fərrux Mahmudov əsas komandanın hazırkı çıxışı haqda danışıb. 

Yenisabah.az xəbər verir ki, o, bu gün jurnalistlərə açıqlamasında baş məşqçi Adrian Mutu və futbolçulara inandıqlarını söyləyib. Liderdən cəmi 5 xal geridə olduqlarını bildirən F.Mahmudov əsas mübarizənin hələ irəlidə olduğunu qeyd edib. O, azarkeşlərin "Neftçi"ni daim zirvədə görmək istədiklərini söyləyib. Klub rəhbəri fanatları səbrli olmağa çağırıb: "Nəticələr zamanla gələcək. İnanıram ki, layiq olduğumuz yeri tutacağıq". 

F.Mahmudov baş məşqçiləri Andrian Mutuya dəstək olduqlarını bildirib: "Şayiələr yayılıb ki, biz Mutunu göndərmək istəyirik. Bu, düzgün deyil. Biz baş məşqçimizin arxasında dayanmışıq, ona inanırıq və sonadək də inanacağıq".  Toyuqlu pizza

O, klubun  yeni bazasının nə vaxt hazır olacağı barədə sualı da cavablandırıb: "Bu baza bizim üçün prioritet işlərdən biridir. Artıq bir neçə şirkətlə danışmışıq. Onlardan cavab gözləyirik ki, bazanın hazır olması nə qədər vaxt və nə qədər maliyyə aparacaq. Bu suallara cavab verildikdən sonra öz planımızı quracağıq".  

Qeyd edək ki "Neftçi" Misli Premyer Liqasında 10 turdan sonra 15 xalla 5-ci pillədə qərarlaşıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!