"Neftçi" qış transfer pəncərəsində heyətinə yeni futbolçu cəlb edə bilər.
Yenisabah.az Şimali Makedoniyanın sportmedia.mk saytına istinadən xəbər verir ki, Bakı klubu "Şkupi"nin yarımmüdafiəçisi Kuevenlə maraqlanır. "Neftçi"nin 25 yaşlı oyunçunun heyətinə qatmaq istədiyi vurğulanıb.
Xəbərdə braziliyalı futbolçunun Şimali Makedoniya klubu ilə müqaviləsinin dekabrın 31-i başa çatacağı vurğulanıb. Bu isə o deməkdir ki, "Neftçi" onu transfer etsə, təzminat ödəməyəcək. pizza sifarişi
Yazıda həmçinin, Kuevenin "Şkupi"nin ən yaxşı futbolçusu olduğu vurğulanıb.
Qeyd edək ki, yarımmüdafiəçi 2022-ci ilin yanvarından hazırkı klubunda oynayır.
Telegram kanalımız