“Neftçi“ bu futbolçuya aylıq 50 min avro təklif etdi

saytların hazırlanması

Evə çatdırılma

“Neftçi“ bu futbolçuya aylıq 50 min avro təklif etdi

İdman

15 Avqust 2023 15:42 682


“Neftçi” heyətinə yeni futbolçu qatmaq niyyətindədir. 

Yenisabah.az xəbər verir ki, Bakı təmsilçisi Rumıniya millisinin və "Farul"un futbolçusu Denis Alibeçi transfer etmək üçün danışıqlar aparır. Bu barədə Rumıniyanın gsp.ro saytı məlumat yayıb. "Neftçi" artıq 32 yaşlı hücumçuya aylıq 50 min avro maaşla müqavilə təklifi də göndərib. Lakin futbolçunun Azərbaycana gəlmək ehtimalı azdır. Buna səbəb ona digər klublardan da marağın olmasıdır. Qətər klubu “Əl-Muaydar” Alibeçə 8 aylıq müqavilə qarşılığında 800 min avro ödəməyə hazırdır.

Denis isə açıqlamasında transfer barədə qərar vermədiyini deyib. “Farul”dan ayrılmaq çətindir. Ancaq həll etməli olduğum başqa seçimlər var. Transfer hələ dəqiq deyil. Qətərdə isə qaydalarla bağlı bir az sərbəstlik var”. Dördpendirli pizza

Qeyd edək ki, Denis Alibeçin “Farul”la müqaviləsinin müddəti 2025-ci ilin yayına qədərdir./Qol.az  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!