““Neftçi” bu komandanı keçə bilər” –   Arif Əsədov

saytların hazırlanması

Evə çatdırılma

““Neftçi” bu komandanı keçə bilər” – Arif Əsədov

İdman

08 Avqust 2019 13:43 1552


Xəbər verdiyimiz kimi, “Neftçi” bu gün Avroliqanın 3-cü təsnifat mərhələsində ilk oyununu keçirəcək.

“Neftçi”nin sabiq baş məşqçisi Arif Əsədov “Yeni Sabah”a açıqlamasında “ağ-qaralar”ın İsrail klubu “Bney Yehuda”ya qarşı baş tutacaq oyununu şərh edib. O, eyni zamanda oyuna canlı baxacağını da bildirib:

“Nefçi”nin son iki oyununa görə danışası olsam, deyə bilərəm ki, irəliləyiş var. Yeni futbolçuların transferi komandaya güc qatıb. Bu da oyunlarda özünü göstərməkdədir.  pizza

Bu dəfəki rəqib “Neftçi”dən güclüdür və ya “Neftçi” onlardan daha güclüdür, deyə bilmərəm. Bu matçın ilk dəqiqələrindən bəlli olacaq. 

Lakin düşünürəm ki, “Neftçi” bu komandanı keçə bilər. Rəqibi yəqin ki, məşqçilər artıq analiz edib, necə oyun quracaqlarını bilirlər. Oyunu isə canlı olaraq, stadiondan izləyəcəyəm”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!