“Neftçi” Bundesliqa futbolçusunu sıralarına qatır

saytların hazırlanması

Evə çatdırılma

“Neftçi” Bundesliqa futbolçusunu sıralarına qatır

İdman

22 İyul 2024 20:18 881


Yeni mövsüm öncəsi transfer çalışmalarını davam etdirən "Neftçi" heyətini Almaniya Bundesliqasında çıxış etmiş Robert Bauerlə gücləndirir.

Yenisabah.az xəbər verir ki, ağ-qaralar" Almaniyanın "Verder" klubunun sabiq üzvü ilə anlaşır.

Müdafiə və yarımmüdafiədə çıxış etməyi bacaran 29 yaşlı almaniyalı oyunçunun transferi yaxın günlərdə açıqlanacaq. pizza mizza

Futbolçu karyerasına 2014-cü ildə ölkəsinin "Karlsrue" kollektivində başlayan R.Bauer ilk peşəkar müqaviləsini "İnqolştadt" (Almaniya) klubu ilə bağlayıb. Burada 48 matç keçirən futbolçu daha sonra yüksək məbləğ qarşılığında "Verder" klubuna transfer olunub. Sərgilədiyi futbolla adından söz etdirməyi bacaran Bauer 3 il "ağ-yaşıllar"ın şərəfini qoruyub. O, ümumilikdə Almaniya Bundesliqasında 89 matçda forma geyinib. Sonuncu klubu Səudiyyə Ərəbistanının "Əl-Tai" kollektivi olub.

R.Bauer Almaniyanın gənclərdən ibarət millisində də çıxış edib.

Qarşıdakı günlərdə "Neftçi"yə başqa yeni futbolçuların transferi gözlənilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!