“Neftçi” Çempionlar Liqasına qələbə ilə başladı

saytların hazırlanması

Evə çatdırılma

“Neftçi” Çempionlar Liqasına qələbə ilə başladı

İdman

07 İyul 2021 21:56 936


"Neftçi" bu gün 7 illik fasilədən sonra Çempionlar Liqasında mübarizəyə başlayıb.

Yenisabah.az xəbər verir ki, paytaxt təmsilçisi 1-ci təsnifat mərhələsində Gürcüstanın "Dinamo" (Tbilisi) klubu ilə qarşılaşıb.

Boris Payçadze adına “Dinamo Arena”da keçirilən matçda "Neftçi" 2:1 hesablı qələbəyə sevinib.  Marqarita pizza

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 14-də Bakıda keçiriləcək. Bu cütün qalibi 2-ci təsnifat mərhələsində Yunanıstan "Olimpiakos"u ilə üz-üzə gələcək. Məğlub tərəf isə mübarizəni Konfrans Liqasında davam etdirəcək.

7 iyul

Çempionlar Liqası

1-ci təsnifat mərhələsinin ilk oyunu

20:00. "Dinamo" Tbilisi (Gürcüstan) - "Neftçi" (Azərbaycan) - 1:2

Qollar: Maruşiç, 36 - Namik Ələskərov, 23, Emin Mahmudov, 57-pen 

Baş hakim: David Fuksman (İsrail)

Tbilisi. Boris Payçadze “Dinamo Arena”


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!