“Neftçi” daha bir “Qarabağlı”ya elçi düşdü

saytların hazırlanması

Evə çatdırılma

“Neftçi” daha bir “Qarabağlı”ya elçi düşdü

İdman

30 İyul 2023 21:55 1196


Bu yay "Qarabağ"dan Filip Ozobiç və Qara Qarayevi heyətinə qatan "Neftçi" daha bir futbolçu üçün ağdamlılara üz tutub.

Söhbət "Köhlən atlar"ın sol cinah müdafiəçisi Toral Bayramovdan gedir. Amma 22 yaşlı futbolçu keçidə isti yanaşmayıb. Buna əsas səbəb isə Bayramovun "Xəzər Lənkəran" yetirməsi olmasıdır.

İstedadlı futbolçu cənub təmsilçisinin əzəli rəqibində çıxış etməyi doğru hesab etməyib. Daha çox maaş və daha çox meydanda olmaq təklifi də onun qərarına təsir etməyib. Amma "Neftçi" danışıqları hələ də tam kəsməyib. Rəsmilər gec-tez futbolçunu razı salacaqlarına ümid edirlər. pizza sifarişi

Arxa xətt oyunçusu 2020-ci ildən Qurban Qurbanovun sərəncamındadır. Arxada qalan müddətdə 101 oyun keçirən Bayramov 5 qol, 18 asistlə yadda qalıb. Onun burada müqaviləsi 2026-cı ilə kimi nəzərdə tutulub. /Sportinfo.az)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!