“Neftçi” daha bir transfer etdi

saytların hazırlanması

Evə çatdırılma

“Neftçi” daha bir transfer etdi

İdman

19 İyun 2023 23:07 985


“Neftçi“ son günlər transfer bazarında xeyli fəallaşıb. 

Yenisabah.az xəbər verir ki, Sərgən Yalçını baş məşqçi postuna gətirmək istəyən “ağ-qaralar” daha bir legionerlə razılıq əldə edib.

Söhbət Fil Dişi sahilindən olan legioner Ervin Koffidən gedir. Onunla 2+1 illik müqavilə imzalanıb. Ölkəsinin U-23 yığmasının formasını geyinmiş Koffinin hazırda 28 yaşı var. pizza hut

«Şarleru»nin yetirməsi son olaraq Fransada «Pau»nun formasını geyinib. Xatırladaq ki, Premyer Liqanın bürünc medalçısı daha öncə “Anje”dən Miha Blajiçin keçidini həll edib.

“Ağ-qaralar” həmçinin “Səbail”dən ayrılan qapıçı Emil Balayev və “Qarabağ”ı tərk edən yarımmüdafiəçi Filip Ozobiçlə anlaşıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!