“Neftçi” darmadağınla yenidən lider oldu, “Zirə” Qəbələdə xal itirdi

saytların hazırlanması

Evə çatdırılma

“Neftçi” darmadağınla yenidən lider oldu, “Zirə” Qəbələdə xal itirdi

İdman

14 Mart 2021 20:11 947


Azərbaycan Premyer Liqasında XX tura yekun vurulub.

Yenisabah.az xəbər verir ki, ikinci oyun günündə 2 görüş baş tutub.

Qəbələdə baş tutan günün ilk matçında yerli komanda "Zirə" ilə qarşılaşıb. Hesabı meydan sahibləri açsa da, Rəşad Sadıqovun komandası son dəqiqə qolu ilə 1 xal qazana bilib. Qeyd edək ki, "Qəbələ" matçın böyük hissəsini bir nəfər azlıqda oynayıb. Dördpendirli pizza

Çempionluğa oynayan “Neftçi” isə “Səbail”lə qarşılaşıb. Flaqman rəqibini darmadağın edərək liderliyi "Qarabağ"dan geri alıb.

Qeyd edək ki, turun dünən keçirilən oyunlarında “Qarabağ” “Sabah” üzərində qələbə qazanıb (2:0), “Sumqayıt”la “Keşlə” bərabərə qalıb (2:2).

Azərbaycan Premyer Liqası

XX tur

14 mart

15:00. “Qəbələ” – “Zirə” - 1:1

Qollar: Vinko Medimoreç, 23 - Fakundo Melivilo, 90+4

Qırmızı vərəqə: Merab Qiqauri, 29

 

17:15. “Neftçi” – “Səbail” - 4:0

Qollar: Namiq Ələsgərov, 5, Stiven Monroz, 65, Yusuf Laval, 69, Mert Çelik, 75


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!