“Neftçi” fransalı müdafiəçi aldı

saytların hazırlanması

Evə çatdırılma

“Neftçi” fransalı müdafiəçi aldı

İdman

25 İyul 2023 16:06 786


Bakının “Neftçi” klubu növbəti transferini həyata keçirib. 

Yenisabah.az kluba istinadən xəbər verir ki, fransalı futbolçu Ervin Koffi ilə ikiillik müqavilə bağlanıb. 

İyirmi səkkiz yaşlı sağ cinah müdafiəçisi komandanın heyətində 99 nömrəli formanı geyinəcək.  pizza mizza

Ervin Koffi Fransanın “Şatoru” (2015-ci il), “Loryan” (2015-2018), “Pau” (2020-2023), Kiprin “Anortosis” (2018-2020) və “Olimpiakos” (Nikosiya, 2020) klublarında çıxış edib. Əslən Kot-d’İvuardan olan Koffi 2016-cı ildə bu ölkənin U-23 milli komandasının heyətində 1 oyun keçirib. 

Qeyd edək ki, “Neftçi” bundan əvvəl milli komandamızın üzvləri - qapıçı Emil Balayev, Xorvatiya əsilli yarımmüdafiəçi Filip Ozobiç, mərkəz müdafiəçiləri – braziliyalı Yuri Matias və macarıstanlı Mark Tamaş, eləcə də təcrübəli dayaq yarımmüdafiəçisi Qara Qarayevlə anlaşıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!