Stiven Monroz gələn mövsümü də Azərbaycanda keçirə bilər.
Yenisabah.az-ın məlumatına görə, «Neftçi» fransalı hücumçuya yeni müqavilə təklif edib.
İki il öncə «Qəbələ»dən gələn legioner ağ-qara formanı geyinməyə davam etmək istəyirsə, yeni şərtərlə razılaşmalı, daha dəqiqi, güzəştə getməlidir. pizza sifarişi
O, daha 1 il burada qalmaqdjan ötrü əməkhaqqının iki dəfə azaldılmasına razılıq verməlidir ki, belə olsa, «Neftçi»nin ən bahalı futbolçusu statusunu itirəcək.
Monroz bunadək «Neftçi»də ilinə 250 min dollardan çox pul qazanıb.
Paaytaxt təmsilçisi ağır və uzunmüddətli zədədən sonra əsas heyətə düşməyə çətinlik çəkən, yalnız mövsümün axır həftələrində özünə gələn, qollar vuran fransıza indi aylıq 12-14 min dollardan artıq ödəmə etmək istəmir.
Telegram kanalımız